Gəncədə iki avtomobil toqquşdu

Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Heydər Əliyev prospektində "Ford" markalı avtomobil ilə "VAZ -2106"nın toqquşması nəticəsində baş verib.
Qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. //Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR