Quran ayəsi və Həzrət Peyğəmbərin günahkarı bağışlaması

Quran ayəsi və Həzrət Peyğəmbərin günahkarı bağışlaması
23:22 4 Mart 2017
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbərin (s) Qurana çox böyük sevgisi var idi. Həzrətin (s) adəti belə idi ki, əgər kimsə Qurandan bir ayə oxusaydı, Həzrət (s) də sonrakı ayəni oxuyardı. (Həzvəh)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir gün müsəlmanlardan biri İlahi qəzəbə səbəb olur və etdiyi günaha görə qətl olmaq hökmünü verirlər. Bu şəxs Əmirəl-mömininə (ə) təvəssül edir və deyir: "Ey Əli! Nə edim ki, Allahın Rəsulu (s) məni bağışlasın?". Həzrət Əli (ə) buyurur: "Peyğəmbərin (s) yanına get və bu ayəni oxu: "Dedilər: "Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da səhv etmişik". ("Yusif" 91).
O, bu işi görür və bu ayəni oxuyur. Həzrət (s) də fasiləsiz olaraq ardınca sonrakı ayəni tilavət edir. "Dedi: "Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır". ("Yusif" 92).
Bu yolla Həzrət onu bağışlayır və cəzasından keçir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR