Gəncədə iki avtomobil toqquşdu, 1 nəfər xəsarət aldı

Gəncədə iki avtomobil toqquşdu, 1 nəfər xəsarət aldı
23:43 4 Mart 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektində "Ford" markalı avtomobil ilə "VAZ -2106"-nın toqquşması nəticəsində baş verib.

Qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR