Körpənizin danışmasını istəyirsinizsə...

Körpənizin danışmasını istəyirsinizsə...
23:52 4 Mart 2017
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Danışma mütəxəssislərinin təklif etdiyi bu üsullar sayəsində uşağınızın ilk sözünü gözlədiyinizdən daha tez eşidə bilərsiniz ...
Milli.Az deyerler.org-a istinadən bildirir ki, körpənizin danışmasını istəyirsinizsə, "BU" sözünü deməyin!
Səs-küylü bir nəhəngin başınızın üstündə gəzdiyini düşünün, olduqca qorxulu bir vəziyyət ola bilər elə deyilmi?
Uşağınızla danışan vaxt fiziki olaraq onun səviyyəsinə enin, yavaşca və səssizcə danışın. Onların anlayacağı səviyyədə danışın. Etdiyiniz şeyləri böyüklərə uyğun bir dildə deyil, qısa cümlələrlə başa salmağınız məsləhətdir.
"Ananın bütün günü iş yerində canı çıxıb, oturub bir çay içəcəyəm" ifadəsinin əvəzinə "Ana çay içəcək" cümlələrini qurmağınız daha təsirli olacaq. Bununla da uşağınız sizin söylədiklərinizi daha asan təqlid edər və başa düşər.
Şərh etmək və etiketlə danışmaq
"BU" və ya "O" əvəzlikləri böyüklərlə danışanda kifayət edə bilər, ancaq mövzu uşaqlardırsa, mövzunun detallarına qədər fikir vermək lazımdır.
Uşağınız oyuncaq maşına işarə edirsə, "bunu istəyirsən, götür!" demək əvəzinə "maşını istəyirsən? Buyur götür maşını," demək daha doğrudur.
 
Təqlid etmək
Uşağınız bir sözü səhv tələffüz etsə, onu əsla danlamayın. Bunun əvəzinə söylədiyi səhv sözü yavaşca və doğru bir şəkildə təkrar edin.
Hər gün ona kitab oxuyun
Uşağınıza kitab oxusanız onunla birlikdə daha çox vaxt keçirmiş olarsınız və uşağınızın söz ehtiyatı daha çox inkişaf edər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR