Qazaxda evinə hasardan aşaraq girmək istəyən şəxs yıxılaraq xəsarət alıb

Qazaxda evinə hasardan aşaraq girmək istəyən şəxs yıxılaraq xəsarət alıb
00:02 5 Mart 2017
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax. 4 mart. REPORT.AZ/ Qazaxda sərxoş vəziyyətdə olan yerli sakin yaşadığı evə hasardan aşaraq girmək istəyərkən yıxılıb və ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Yeni Qəsəbə ərazisində baş verib.
Yuxarı Əskipara kənd sakini, 1986-cı il təvəllüdlü, Abbasov Elvin Zeynal oğlu yaxınları tərəfindən Qazax rayonu Müalicəvi Diaqnostika Mərkəzinə aparılıb. Yaralı dərhal həkimlər tərəfindən əməliyyata alınıb və onun sol əlinin geniş şəkildə kəsilmiş yarasına tikiş vurulub. Zərərçəkənin vəziyyəti orta-ağırdır.
Özünün dediyinə görə, onun evə hasardan girməsinə həyətin qapısının bağlı olması və qapını döyərək evdəkiləri yuxudan oyatmaq istəməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazaxda-evine-hasardan-asaraq-girmek-isteyen-sexs-yixilaraq-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR