Elvin evinə hasardan aşıb girmək istədi, amma...

Elvin evinə hasardan aşıb girmək istədi, amma...
00:05 5 Mart 2017
172 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazaxda sərxoş vəziyyətdə olan yerli sakin yaşadığı evə hasardan aşaraq girmək istəyərkən yıxılıb və ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə axşam saatlarında, rayonun Yeni Qəsəbə ərazisində baş verib.
Yuxarı Əskipara kənd sakini, 1986-cı il təvəllüdlü, Abbasov Elvin Zeynal oğlu yaxınları tərəfindən Qazax rayonu Müalicəvi Diaqnostika Mərkəzinə aparılıb. Yaralı dərhal həkimlər tərəfindən əməliyyata alınıb və onun sol əlinin geniş şəkildə kəsilmiş yarasına tikiş vurulub. Zərərçəkənin vəziyyəti orta-ağırdır.
Özünün dediyinə görə, onun evə hasardan girməsinə həyətin qapısının bağlı olması və qapını döyərək evdəkiləri yuxudan oyatmaq istəməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR