Qriqorçuk: “Azərbaycan yığmasını qarşıda çətin oyunlar gözləyir”

Qriqorçuk: “Azərbaycan yığmasını qarşıda çətin oyunlar gözləyir”
00:22 5 Mart 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ “Yığmanı qarşıda çətin oyunlar gözləyir. Düzdür, bu, bizə müəyyən çətinliklər yaradır, ancaq biz fəxr edirik ki, oyunçularımız milliyə cəlb edilir”.
“Report” xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Azərbaycan çempionatının XXI turu çərçivəsində səfərdə "İnter”lə oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Əsas nəticə idi. Nəticəni də əldə etdik. Birinci hissənin əvvəlində bilmirəm nədən, tələsik qərarlar qəbul etdik. Ancaq ikinci hissədə oyunumuzu düzəltdik və qalib gəldik.
Düşünmürsüz ki, ilk hissədə komandanın oyununun alınmamasında "Qarabağ”ın "Sumqayıt”a qalib gəlməsi rol oynadı?
- Belə düşünmürəm. Bəlkə də, "Qarabağ”ın qalib gəlməsi səbəblərdən biri ola bilərdi. Bu, uşaqlarda narahatlıq yarada bilərdi. Ancaq ikinci hissədə vəziyyəti düzəltdik.
Artıq ikinci oyundur ki, Dabo və Subotiç eyni vaxtda meydanda olanda, komanda qol vurur. Növbəti matçda bu cütlüyü start heyətində görə bilərik?
- Onları əvvəllər də eyni vaxtda meydanda görə bilərdik. Ancaq Dabo zədəli idi. Buna görə imkan olmurdu. Artıq Dabonun zədəylə bağlı narahatlığı qalmayıb.
Rasim Ramaldanovun vəziyyəti necədir?
- Futbolçunun reaksiyasından belə hiss etdim ki, sınıq var. Amma bu, dəqiq deyil. Ümid edirəm ki, Elvin Camalovdan sonra onda da belə zədə olmayacaq.
Komanda çempionatda yaranacaq fasiləni necə dəyərləndirəcək?
- Elə də böyük fasilə deyil. Növbəti oyun ayın 14-dədir. Məşqlərimizi davam etdirəcəyik. Bəzi futbolçularımız millinin heyətində olacaq.
Futbolçuların milliyə dəvət olunması növbəti oyunun hazırlığına təsir etməyəcək ki?
- Oyunçuların milli komandaya getməsini anlayırıq. Yığmanı qarşıda çətin oyunlar gözləyir. Düzdü, bu, bizə müəyyən çətinliklər yaradır, ancaq biz fəxr edirik ki, oyunçularımız milliyə cəlb edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qriqorcuk-azerbaycan-yigmasini-qarsida-cetin-oyunlar-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR