"İnter Bakı"nın baş məşqçisi: “Maaşlar martın 10-dək veriləcək”

"İnter Bakı"nın baş məşqçisi: “Maaşlar martın 10-dək veriləcək”
01:07 5 Mart 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ "İnter"in baş məşqçisi Zaur Svanadze "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, gürcü mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Etiraf edim ki, komanda yorğun görünürdü. İlk hissədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə bir qədər artırdıq. Amma bu anda qol buraxdıq. "Qəbələ” güclü komandadır. Növbəti görüşə hazırlaşmaq lazımdır.
Samir Zərgərov və Pərdis Fərcad-Azad meydana daxil olana qədər komanda müdafiədə yaxşı təsir bağışlayırdı. Məhz bu dəyişikliklərdən sonra qollar buraxdınız. Bu əvəzetmələri düzgün hesab edirsiz?
- Onların meydana girməsi taktiki dəyişiklik deyildi. Hər iki futbolçunun fərqlənmək imkanı oldu. Hesab 0:0 olarkən Samirin yaxşı qol imkanı oldu.
Dördüncü pillə ilə 2-ci yerdə gedən komandalarla aranızda xal fərqi çoxdur. Bu amil futbolçuların oyunlara köklənməsinə problem yaratmır ki?
- Rahatlaşmırıq. Aşağıdakı komandalarla fərq o qədər də böyük deyil. "Qarabağ”a uduzsaydıq, aradakı fərq azalardı. Komanda arxayınlaşmır.
Bu gün futbolçularda "Qarabağ”a qarşı sərgilənən əzmkarlığı görmədik. Bunun səbəbi yalnız yorğunluqdur?
- Hazırda 24 futbolçumuz var ki, onlardan 8-9-u gəncdir. Üç qapıçı da bura daxildir. Məcburuq ki, onları oynadaq. Yaranacaq fasilədən sonra 2-3 gündən bir oyun oynayacağıq. Bu isə bizə çətinlik yaradacaq. Çünki ehtiyat qüvvəmiz azdır.
Maaşların verilməsi məsələsində yeni xəbər varmı?
- Deyiblər ki, ayın 10-na qədər maaşlar veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-nter-in-bas-mesqcisi-martin-10-dek-maaslar-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR