“APAsport”un 10 yaşı oldu

“APAsport”un 10 yaşı oldu
01:19 5 Mart 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün “APAsport” idman agentliyinin yaranmasından 10 il ötür.

 

“APA Holdinq”in törəmə müəssisələrindən olan "APAsport" Azərbaycanın ilk idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. Agentliyin www.apasport.az domenində fəaliyyət göstərən saytı Azərbaycan və rus dillərində xəbərlər yayır.

 

Yarandığı ilk ildə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin "ən yaxşı idman agentliyi" seçilən APAsport Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yayır, idman ictimaiyyətinin aparıcı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

 

Agentlikdə böyük turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, videogörüntülər və fotosessiyalarla tanış olmaq mümkündür.

 

Agentlik ölkədə keçirilmiş böyük yarışların, o cümlədən 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının işıqlandırılmasında xüsusi fəallıq göstərib. Məhz bunun nəticəsində "APA Holding" I Avropa Oyunlarını ən yaxşı işıqlandıran media şirkətlərindən biri kimi Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mükafatına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269118

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR