Yeniyetmə cüdoçularımız Antalyada 3 qızıl və 1 bürünc medal qazanıblar

Yeniyetmə cüdoçularımız Antalyada 3 qızıl və 1 bürünc medal qazanıblar
02:02 5 Mart 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Bu gün Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.
“Report” xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Yeniyetmə cüdoçularımız 3 qızıl və 1 bürünc medal qazanıblar.
Ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) qızıl medala, Rüfət Məmmədov (60 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparır.












Xəbərin orijinal ünvanı: https://report.az/komanda/yeniyetme-cudocularimiz-antalyada-3-qizil-ve-1-burunc-medal-qazaniblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR