BMT: İlin əvvəlindən Ukraynanın münaqişə zonasında 20 dinc sakin ölüb

BMT: İlin əvvəlindən Ukraynanın münaqişə zonasında 20 dinc sakin ölüb
02:42 5 Mart 2017
122 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ İlin əvvəlindən Ukraynanın şərqində ən azı 20 nəfər ölüb, 91 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (HMƏİ) məlumatında bildirilir.
"İlin əvvəlindən HMƏİ 111 dinc sakinin zərər çəkdiyini təsdiq edib: 20 nəfər ölüb, 91 nəfər yaralanıb", — deyə idarənin yanvarın 1-dən fevralın 28-ə qədər olan hesabatında bildirilir.
BMT-nin məlumatına görə, Ukraynanın şərqində münaqişə başlayandan 9 min 621 nəfər ölüb, daha 22 min 420 nəfər yaralanıb. Qiymətləndirməyə görə, 3,8 milyon nəfər müxtəlif humanitar dəstəyə ehtiyac duyur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-i-lin-evvelinden-ukraynanin-munaqise-zonasinda-20-dinc-sakin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR