Kakaolu muffi: asan və dadlı RESEPT

Kakaolu muffi: asan və dadlı RESEPT
07:05 5 Mart 2017
358 Ölkə
Ölkə mətbuatı
A- A+

Yorğun və gərgin iş gününün sonunda dadlı şirniyyatla çay içməkdən imtina etmək olar? Milli.Az lent.az-a istinadən asan hazırlanan belə bir şirniyyatın reseptini təqdim edir - kakaolu muffi.

Lazım olan ərzaqlar:
 
- 1 paket kakao
- 3 yumurta
- 1 stəkan şəkər tozu
- 1 paket vanil
- 3 stəkan un
- Stəkan yarım süd
- 1 desert qaşığı duru yağ
- 1 paket qabartma tozu
 
Kakaolu muffin hazırlanması:
İlk olaraq yumurtalar qırın. Şəkır tozunu üstünə töküb mikserlə çırpın. Ardınca süd və duru yağı töküb çırpmağa davam edin. Sonra vanil, un, qabartma tozu, kakaonu da əlavə edib qarışımı çırpın.
Sonda qarışımı xüsusi muffin qəliblərinə tökün. Öncədən isitdiyiniz sobada 165 dərəcədə bişirin.
Qeyd: sobaya qoymazdan əvvəl üzərinə şokolad parçacıqları əlavə edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/520800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR