IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
08:19 5 Mart 2017
223 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

 

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumilikdə 40 124 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

 

İmtahan saat 11:00-da başlanır.

 

Şagirdlər imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR