APL, 21-ci tur: "Neftçi" yenə "Zirə"yə uduzacaq?

APL, 21-ci tur: "Neftçi" yenə "Zirə"yə uduzacaq?
09:13 5 Mart 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, III dövrənin son oyunları Bakı və Gəncədə keçiriləcək.

Əyalətdə 17 xalla 7-ci pillədə qərarlaşan “Kəpəz” son sıradakı AZAL-ı qəbul edəcək. Gəncə təmsilçisi cari çempionatda “təyyarəçilər”lə görüşlərdə qol buraxmasa da, evdə məğlub etməyi bacarmayıb. Lakin səfərdə Julien Ebahın dəqiq zərbəsi Şahin Diniyevin rəhbərlik etdiyi kollektivə 3 xal qazandırıb.

“Kəpəz” daha böyük tarixə malik olsa da, şəxsi görüşlərdə AZAL üstündür. Əvvəlki 18 çempionat oyununun 10-da paytaxt klubu, 4-də gəncəlilər qalib gəlib.

III dövrənin son matçı “Neftçi” ilə “Zirə” arasında baş tutacaq. Premyer Liqada 2-ci mövsümünü keçirən qəsəbə təmsilçisi ölkənin ən qocaman klubuna uduzmayan yeganə komandadır. Üstəlik, zirəlilər cari çempionatda hər iki qarşılaşmada rəqibini məğlub edib. İlk dövrədə Vüqar Mustafayevin qolu ilə qalib gələn qonaqlar, ikinci dövrədə Yovan Krneta və Adil Nağıyevin dəqiq zərbələri ilə 3 xal əldə ediblər.

Ümumilikdə 6 oyundan 4-də “Neftçi”ni üstələyən “Zirə” 26 xalla 4-cü sıradadır. “Ağ-qaralar” isə 20 xalla 6-cı yerdədirlr.

Azərbaycan Premyer Liqası. 21-ci tur

5 mart

15:00 “Kəpəz” – AZAL

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Kərim Ağayev

Gəncə şəhər stadionu

İlk iki dövrə - 0:0, 1:0

18:00 “Neftçi” – “Zirə”

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Şaiq Həmidov

“Bakcell Arena”

İlk iki dövrə - 0:1, 0:2


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR