Bədavi Şüseynov: 807 gün sonra, karyerasında 2-ci dəfə

Bədavi Şüseynov: 807 gün sonra, karyerasında 2-ci dəfə
09:37 5 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın və milli komandamızın müdafiəçisi Bədavi Hüseynov peşəkar karyerası ərzində rəsmi oyunlarda ikinci dəfə qol vurub. Fanat.Az xəbər verir ki, bu ötən gün "Sumqayıt"la baş tutan matçın 60-cı dəqiqəsinə təsadüf edib.


Komandasının 4:0 hesablı qələbəsini rəsmiləşdirən milliləşdirilmiş futbolçu bununla karyerasında ikinci dəfə qol sevinci yaşayıb. Bundan əvvəl Rusiyanın "Dağdizel", "Anji" və Azərbaycanın "Sumqayıt" klublarında forma geyinən 25 yaşlı müdafiəçi bundan əvvəlki qoluna da "Qarabağ"ın heyətində imza atmışdı. Bu 2014-cü ilin 18 dekabrında "Xəzər Lənkəran"la səfər oyununa təsadüf etmişdi. O, həmin vaxt "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə başa çatan matçın 80-ci dəqiqəsində komandasının qələbə qolunu vurmuşdu.


Beləliklə, Bədavi Hüseynov 807 gün sonra rəsmi oyunlarda qol sevinci yaşayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bdavi-useynov-807-gun-sonra-karyerasnda-2-ci-df-t56699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR