ABŞ xarici ölkələrə maliyyə yardımını azaldacaq

ABŞ xarici ölkələrə maliyyə yardımını azaldacaq
09:37 5 Mart 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqton  xarici ölkələrə maliyyə yardımının həcmini azaltmağı planlaşdırır. 

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbər görə, bu barədə Ağ Evin inzibati-büdcə idarəsinin direktoru Mik Malveni bildirib.

"ABŞ-ın prioritet kursu olduqca aydındır: xaricdə xərclənən pulların azaldılması burada xərclənəcək pulları çoxaldacaq", - o qeyd edib.  

Malveninin sözlərinə görə, bu cür addımlar müdafiə xərclərini 54 mlrd. dollara çatdırmağa imkan verəcək.

Bundan əvvəl Tramp yeni büdcədə müdafiə xərclərinin 54 mlrd. dollaradək artırılmasını təklif edib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR