Suriyanın Türkiyə ilə sərhəddə qəzaya uğrayan təyyarəsinin pilotu tapılıb

Suriyanın Türkiyə ilə sərhəddə qəzaya uğrayan təyyarəsinin pilotu tapılıb
09:47 5 Mart 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Türkiyə ilə sərhəddə qəzaya uğrayan Suriyaya məxsus "MiQ-23" qırıcı təyyarəsinin pilotu tapılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Pilotun xəsarət aldığı ehtimal olunur. O, hadisə yerindən "təcili yardım" xərəyində aparılıb.
Təyyarə martın 4-də qəzaya uğrayıb. Onun qalıqları Türkiyə əyaləti ərazisində aşkar edilib, qəza faktını isə Türkiyənin baş naziri Binəli Yıldırım təsdiq edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/suriyanin-turkiye-ile-serhedde-qezaya-ugrayan-teyyaresinin-pilotu-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR