Gürcüstanda qaçqınlar üçün mərkəz yaradıla bilər

Gürcüstanda qaçqınlar üçün mərkəz yaradıla bilər
10:09 5 Mart 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Avstriya xarici işlər naziri Sebastyan Kurts Gürcüstanda qaçqınlar üçün mərkəz yaradılmasını təklif edib.

 

APA-nın məlumatına görə, S. Kurt bunu Almaniya Xristian-Demokrat Partiyasının üzvü Yens Şpan ilə “Bild” qəzetinə birgə müsahibəsində bildirib.  

 

S. Kurts deyib ki, Avropa İttifaqı sərhədlərindən kənarda BMT Qaçqınlar üzrə BMT Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə fəaliyyətin həyata keçiriləcəyi qaçqınlar üçün mərkəz yaradılmalıdır: “Əsas odur ki, Avropaya qeyri-leqal yolla gəlməyə çalışan insanlar həmin mərkəzə göndərilə bilsin. Belə mərkəzlər Gürcüstan, Misir, yaxud Qərbi Balkan ölkələrində yaradıla bilər”.

 

S. Kurts qaçqınlar üçün Aralıq dənizi marşrutunun bağlanılmalı olduğunu vurğulayıb. Y. Şpan isə bildirib ki, Avropa İttifaqı Şimali Afrika ölkələri ilə Türkiyəylə olduğu kimi miqrasiya sazişi imzalanmalıdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR