Direktorlara kurs keçiləcək

Direktorlara kurs keçiləcək
11:11 7 Yanvar 2015
220 Sosial
Ölkə mətbuatı
A- A+

Məktəb direktorları üçün təlim kursları təşkil olunacaq.

ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, nazirliyin məktəblərin idarə edilməsi üzrə apardığı islahatları dəstəkləmək məqsədilə YUNİSEF və Xəzər Universiteti tərəfindən “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim” kursu keçiriləcək.

Təlimlər yeddi moduldan ibarət olmaqla üç ay davam edəcək. Hər modul üzrə mütəmadi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq. Təlimi uğurla başa vuranlara sertifikat təqdim olunacaq. Bundan əlavə, iştirakçılardan gələcəkdə Xəzər Universitetində magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər üçün beş (ECTS) kredit veriləcək.

Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə gələcəkdə yaranan vakansiyalar üzrə keçiriləcək müsabiqədə iştirak edə bilərlər.

Ətraflı məlumatı Xəzər Universitetinin www.khazar.org rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=318167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR