Zaqatalada çörək sexi yandı

Zaqatalada çörək sexi yandı
10:24 5 Mart 2017
70 Digər
Ölkə mətbuatı
A- A+

Zaqatalada çörək istehsalı sexində yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 04:10 radələrində rayonun Yuxarı Tala kəndində fəaliyyət göstərən, kənd sakini Abdulla Şaban oğlu Rəcəbova məxsus, ümumi sahəsi 60 kv/m olan çörək istehsalı sexində yanğın baş verib.

 

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində çörək istehsalı sexinin tavanından 2 kv/m sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR