83 yaşlı kişinin meyiti tapıldı

83 yaşlı kişinin meyiti tapıldı
11:04 5 Mart 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü İsmayılov Vahid Abbas oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat saat 09:40-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR