16 milyon rəngdə yazan möcüzəvi qələm yaradıldı - VİDEO

16 milyon rəngdə yazan möcüzəvi qələm yaradıldı - VİDEO
11:13 5 Mart 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Cronzy” startapı 16 milyon rəngdə yaza bilən qələm yaradıb.

Qələm istənilən səth, əşya və divardan rəng götürərək dəqiqliklə həmin rəngi verə bilir.

Qələmin tərkibinə qara, ağ, sarı, mavi və qırmızı mürəkkəblər daxildir. Bundan başqa, o, rəng tanıyan funksiya və “ARM Cortex M-3” mikroprosessoru ilə təchiz olunub. Skaner rəng barədə informasiyanı qəbul edir, bundan sonra mürəkkəblər lazımi proporsiyada qarışır. Ətrafdakı istənilən rəngi götürməklə yanaşı, qələmə böyük miqdarda rəng əlavəsi də daxildir. Aparatın batareyası 7 saat çalışır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/190211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR