Günay "Eurovision" təmsilçimizi biabır etdi: "SÖZÜMÜN ARXASINDAYAM!"

Günay "Eurovision" təmsilçimizi biabır etdi: "SÖZÜMÜN ARXASINDAYAM!"
11:14 5 Mart 2017
186 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimlinin "Mənim rəqibim yoxdur" sözü şou-biznesdə qalmaqala səbəb olub. Bir çox tanınmış ifaçını bu sözünə görə qınayıb.

 

Lent.az axşam.az-a istinadən xəbər verir ki, G.İbrahimli ünvanına tənqidlər səsləndirən həmkarlarına sərt cavab verib:

 

“Xəzər magazin” verilişinin qonağı olan müğənni deyib: "Elə müğənnilər danışdı ki, adları belə yadımdan çıxmışdı. Yoldan keçəndə onları tanımazlar. İllərdir yoxdular, məni görüb yadlarına danışmaq düşdü. Elə müsahibə verirəmsə, demək səbəblərim, ortaya qoyulacaq işlərim var. Mənim üstümdən reklam qazandılar. Heç olmasa başqaları danışardı, onlar yox. Həmin efirdən sonra çoxu məndən üzr istədi, dedi elə deməmişik. Hətta hər şeyi verilişin üstünə atıb, montaj edildiyini dedilər. Dediyin sözə fikir ver ki, sabah problem yaşamayasan".

 

O, "Eurivison 2011" qalibi Eldar Qasımovu biabır edib:

 

"Heç bir bəyə xanımı əllə göstərmək yaraşmaz. Eldarın prodüseri Facebook-da yazdı ki, Eldarın qabağına Avropada qaçırlar. Onda niyə İnstaqramda Eldarı 19 min adam izləyir, axırıncı videosuna 600 adam baxıb. 2011-ci ildə Azərbaycana birincilik gətirdi, hər yerdə onu tərifləmişəm. Amma 2011-ci il geridə qaldı. 6 il keçib... Nə işlər görüb? Bir mahnısının da adını bilmirəm. Mən sözümün arxasındayam. Mən Günay İbrahimli adımı təsdiqləmişəm. Mənim oxuduğum mahnılar, hər ay dəyişdiyim stilim hara getdi?".

 

Müğənni Sevda Yahyayeva ötən həftə açıqlamasında Günayın "Rəqibsizəm" sözlərinə münasibət bildirmişdi. O, "Sevinirəm ki, 12 ildir ki, qalmaqalsız, şəxsi həyatımı gündəmə gətirmədən, ancaq işlərimlə gündəmdə qalmışam" sözlərini demişdi.

 

G.İbrahimli həmkarının bu sözlərinə münasibət bildirib:

 

"Mən bəziləri kimi qeyri-qanuni şəxsi həyat yaşamıram. Mənim gizlin heç nəyim yoxdur. Yaşadığım şəxsi həyat da qanuni şəkildədir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR