Tramp qadın aparıcını da öz komandasına gətirir

Tramp qadın aparıcını da öz komandasına gətirir
13:03 5 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

"Fox News" telekanalının aparıcısı Hizer Nauert ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi olacaq.

Qafqazinfo-nun məlumatına görə, bu barədə "Bloomberg" şəxsi mənbəyə istinadən xəbər yayıb.

H. Nauert "Fox&Friends" səhər proqramını aparır ki, bu verilişi də prezident Donald Tramp maraqla izləyir.

Mənbələrin sözlərinə görə, Nauert bu həftə işə qəbul olunub.

Qeyd olunur ki, H. Nauert "Fox News"dan Trampın administrasiyasında işləyəcək ikinci jurnalistdir. Bundan əvvəl həmin telekanalın digər əməkdaşı Conatan Vaktel ABŞ-ın BMT-dəki missiyasının mətbuat katibi təyin olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR