Prezident İlham Əliyev: "Azərbaycan-İran əlaqələri ən yüksək zirvəyə qalxıb"

Prezident İlham Əliyev: "Azərbaycan-İran əlaqələri ən yüksək zirvəyə qalxıb"
13:17 5 Mart 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 5-də məhdud tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Təşəkkür edirəm, hörmətli cənab Prezident.

İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.

İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxmışdır. Bir çox önəmli məsələlər öz həllini tapmışdır və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir.

Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR