İlham Əliyev: "İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə qalxıb"

İlham Əliyev: "İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə qalxıb"
13:22 5 Mart 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ "İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb".
"Report" xəbər verir ki, bu sözləri Tehranda Azərbaycan və İranın dövlət başçılarının nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibli görüşündə Prezident İlham Əliyev deyib.
"İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram.
İran-Azərbaycan əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir. Son bir neçə il ərzində bu əlaqələr, deyə bilərəm ki, ən yüksək zirvəyə qalxıb. Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir.
Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və prezidentlər səviyyəsində görüşlərimiz, nazirlərin görüşləri ümumi işimizə böyük töhfədir", - deyə Azərbaycan Prezidenti bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/i-lham-eliyev-i-ran-azerbaycan-elaqeleri-en-yuksek-zirveye-qalxib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR