"İtki verməkdən qorxuram"

"İtki verməkdən qorxuram"
13:32 5 Mart 2017
266 Şou
Ölkə mətbuatı
A- A+

Bəzən onun rəfiqəsi, sirdaşı, bəzən də böyük dostu oluram. Nilgünü musiqidən uzaq tutdum. Azərbaycandayıq, ailə təzyiqləri olur.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Lider maqazin"ə açıqlamasında deyib. Musiqiçi qızı Nilgünə heç bir qadağa qoymadığını söyləyib. 

G.Həsənzadə "Qəlbinizdə kimsə var" sualına isə belə cavab verib:

"Ailəmizdə itki baş verməzdən əvvəl bu haqda düşünürdüm. Fikirlərim var idi... Amma Allah zamanı deyil dedi, qərarımı zamana buraxdım. Hələ o vəziyyətdə deyiləm. Darmadağın haldayam". 

G.Həsənzadə gənc bəstəkarları bəyənmədiyini deyib:

"Bu gün özümə müəllim bildiyimə bəstəkar deyirəm. Bəstəkar musiqinin bütün janrlarını, dünya musiqisini biləcək, yeniliklər yaradacaq. Bəziləri üçün bura qazanc yeridir".

Bir müddət əvvəl atasını itirən bəstəkar onu xatırlayıb:  

"İtki verməkdən qorxuram. Anama görə özümü çox şeyə məcbur etdim. Məcbur ayaqda durdum. Nə öyrəndimsə, atamdan öyrəndim. Mənə bir sual verəndə, nəyi isə unudurdumsa tez atama zəng edirdim. Mən böyük dayağımı itirdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/523434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR