“Kəpəz” AZAL-a, “Neftçi” “Zirə”yə qarşı - YENİLƏNİR

“Kəpəz” AZAL-a, “Neftçi” “Zirə”yə qarşı -   YENİLƏNİR
13:37 5 Mart 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Premyer Liqada XXI tura yekun vurulacaq. Fanat.Az xəbər veirr ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

 

Dövrənin son günü autsayderlərin dueli ilə başlayacaq. Bu il qələbə qazana bilməyən “Kəpəz”lə AZAL Gəncədə üz-üzə gələcək. Tərlan Əhmədovun yetirmələri 6 turluq məğlubiyyət seriyasını dayandırmaq üçün səfərə yollanıb. Qərblilər isə 7 turdu həsrət olduqları qələbə ilə azarkeşlərini sevindirməyə çalışacaq. Şahin Diniyevin yetirmələri yenə xalsız qalsa, son pillədəki AZAL-la fərq “əriyəcək”.

 

Çempionatın III dövrəsi paytaxt derbisi ilə yekunlaşacaq. İlin ən yaxşıları arasında olan “Neftçi” və “Zirə” 8-ci km stadionunda qarşılaşacaq. Avrokuboklar uğrunda mübarizə aparan rəqiblərin duelinin dəyəri hər iki komanda üçün yüksəkdi. “Neftçi” heç vaxt çempionat oyununda zirəlilərə qalib gəlmədiyindən Elxan Abdullayevin yetirmələri sindromu qırmalıdı. Bu, “ağ-qaralar”ı Avropaya aparan 4-cü yerə daha da yaxınlaşdıracaq. Ayxan Abbasovun komandası isə üç turluq məğlubiyyətsizliyi davam etdirmək üçün mübarizə aparacaq. “Sumqayıt” məğlub olduğu üçün “Zirə” heç-heçə ilə də mövqeyini qoruya biləcək.


Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Qarabağ" səfərdə "Sumqayıt"ı 4:0, "Qəbələ" "İnter"i 2:0 hesabı ilə yenib.


Onu da qeyd edək ki, III dövrənin oyunlarından sonra Premyer Liqada çox qısa fasilə yaranacaq. Azərbaycan millisinin Qətərlə yoxlama matçı ilə əlaqədar növbəti tur gələn həftəsonu deyil, martın 13-də başlayacaq.

 

Premyer Liqa

2016/17 mövsümü

III dövrə, XXI tur


5 mart

15.00 Kəpəz - AZAL

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Kərim Ağayev.

Gəncə şəhər stadionu.


18.00 Neftçi - Zirə

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Şaiq Həmidov.

8-ci km stadionu.


1. Qəbələ 21 13 7 1 41:11 46

2. Qarabağ 21 14 3 4 36:11 45

3. İnter 21 9 9 3 31:21 36

4. Zirə 20 7 5 8 18:21 26

5. Sumqayıt 21 6 7 8 20:28 25

6. Neftçi 20 6 2 12 15:33 20

7. Kəpəz 20 3 8 9 13:23 17

8. AZAL 20 1 5 14 8:34 8


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kpz-azal-a-neftci-ziry-qar-t56702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR