Ggənc oğlanı bıçaqlayaraq öldürüblər

Paytaxtda qətl hadisəsi baş verib.

Dünən Salyan yolu 40 ünvanında yerləşən "Məkan" kafesində Şamaxı rayon sakini, 1992-ci ildə anadan olmuş Qurbanov Ceyhun Rüstəm oğlu ilə şəxsiyyəti hələlik məlum olmayan şəxs və ya şəxslər arasında dava düşüb.

Bu zaman naməlum şəxslər tərəfindən bıçaqlanan 25 yaşlı Ceyhun Qurbanov təcili yardım stansiyasında ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. //Lent.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR