Traktor dərəyə yuvarlandı, sürücü ağır yaralandı

Traktor dərəyə yuvarlandı, sürücü ağır yaralandı
14:03 5 Mart 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində traktorun aşması nəticəsində sürücü ağır yaralanıb.

Publika.az-ın APA-ya istinadən məlumatına görə, traktor Kür çayı üzərindəki körpüyə qalxan zamanı idarəetməni itirib və dərəyə yuvarlanıb.

Nəticədə ağır yaralanan sürücü, Sabirabad rayonunun Qaratuğay kənd sakini 1976-cı il təvəllüdlü Əhmədov Şəmistan Valeh oğlu Şirvan Şəhər Xəstəxanasına çatdırılıb və əməliyyata aparılıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR