Bu ölkədə 2 gündə 110 nəfər acından öldü

Bu ölkədə 2 gündə 110 nəfər acından öldü
14:09 5 Mart 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

Somalidə insanlar kütləvi şəkildə acından ölür. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Somali prezidenti Məhəmməd Abdullah Fermacu ölkədə milli fəlakət elan edəndən sonrakı 2 gün ərzində 110 nəfər acından ölüb. Ölənlərin əksəriyyəti uşaqlar və qadınlardır.

 

 

Bildirilir ki, insanların kütləvi ölümünə quraqlıq və suyun çirkli olması da təsir edir. Ölkənin yeni naş naziri Həsən Əli Hayri daha çox insanın ölkənin Bay və Bakol bölgələrində öldüyünü deyib.

 

 

Qeyd edək ki, 2011-ci ildəki aclıq dövründə Somalidə 250 min nəfərdən çox insan aclıq səbibindən həyatını itirib. Hazırda ölkənin əhalisinin demək olar ki yarısı, yəni 6 milyon 200 min insan aclıqla mübarizə aparır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR