"Elektron protokollar tərtib olunacaq".
Sabahdan yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə
minir.
Herxeber.com xəbər verir ki, Yol hərəkəti üzrə ekspert, "Digesta"
hüquq firmasının direktoru Ərşad Hüseynov sabah quvvəyə minəcək
yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün yenilikləri
nəzərə almağa çağırıb.
O qeyd edib ki, İXM sürücülər üçün əsasə yeniliklər
bunlardır:
"1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə
elektron protokollar tərtib olunacaq.
2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə
görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar
alacaqlar.
3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı
olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.
4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə
təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100
manat cərimə olunacaq.
5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və
daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə
tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat
gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil
sənədləşmədən sonra dərhal duracağa aparılacaq.
5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda
pozuntusundan sonrakı bir ay ərzində "ASAN ödəniş" sisteminə və
orada sürücünün özü üçün yaratdığı elektron kabinetə
yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu
hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü
üçün elektron kabinet yaratmalıdır".