Qızına ikinci dəfə toy etdi - MƏCLİSDƏN GÖRÜNTÜLƏR

Qızına ikinci dəfə toy etdi - MƏCLİSDƏN GÖRÜNTÜLƏR
15:24 5 Mart 2017
127 Digər
Ölkə mətbuatı
A- A+

Məşhur türkiyəli iş adamı Ali Ağaoğlu qızına ikinci dəfə toy edib. Lent.az Habertürk-ə istinadən xəbər verir ki, dekabrın 24-də “Çırağan” sarayında övladına toy edən Ali Ağaoğlu qızı

Sena və kürəkəni Koray üçün bu dəfə Uludağdakı otelində məclis təşkil edib. Məclisə Ali Ağaoğlunun Trabzon və Bursa bölgəsində yaşayan qohumları dəvət alıb. Məclisdə yalnız Trabzon bölgəsindən olan müğənni Onay Şahin çıxış edib və 12 mərtəbəli nəhəng tort kəsilib.

 

Ali Ağaoğlu dekabrda keçirilən mərasimə uzaq qohumlarını dəvət edə bilmədiyinə görə üzrxahlıq edib və Ağaoğlu soyadını daşıyan bütün insanların ona doğma olduğunu deyib. Məclisin sonunda atəşfəşanlıq olub.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR