Paraşütlə düşdükdən sonra 500 metr piyada gedib - Türkiyədə vurulan təyyarənin pilotu DANIŞDI

Paraşütlə düşdükdən sonra 500 metr piyada gedib - Türkiyədə vurulan təyyarənin pilotu DANIŞDI
15:27 5 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Hatay bölgəsində vurulan Suriya təyyarəsinin pilotu ilk açıqlama verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, adının Məmməd Sufhan olduğunu deyən pilot Lazkiyə şəhərindən havaya qalxdıqdan sonra təyyarənin vurulduğunu bildirib.

56 yaşlı pilotun fəqərə sümüyündə sınıq olduğu, ayaqları və üzündə yaraların olduğu barədə məlumat verilib.

Pilotun paraşütlə yerə düşdükdən sonra təxminən 500 metr piyada getdiyi bildirilib.

Xatırladaq ki, Suriya təyyarəsi ötən gün Əhrar əş-Şam qruplaşması tərəfindən vurulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR