Bakıda qorxunc qəza – “Lukoil”in qarşısında iki maşın toqquşub yandı - VİDEO

Bakıda qorxunc qəza – “Lukoil”in qarşısında iki maşın toqquşub yandı - VİDEO
15:28 5 Mart 2017
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən günün ikinci yarısında Bakıda Bakıxanov bazarından üzü “Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, “Toyota” markalı, 90 ZC 130 dövlət nömrə nişanlı avtomobillə “BMW” markalı avtomobil “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında toqquşub. Toqquşmadan sonra “Toyota”nın mühərrik yerində yanğın baş verib. Daha sonra yanğın “BMW”yə keçib. Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün təhlükəli anlar yaşanıb. Partlayış baş verməməsi üçün yanacaqdoldurma məntəqəsinin işçiləri yanğının qarşısını almağa çalışıblar.

Avtosfer.az qəzanın görüntülərini təqdim edir:


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR