"Lukoyl" BƏƏ, İran, Oman və Küveytdə yeni layihələrə yatırım etməyə hazırlaşır

"Lukoyl" BƏƏ, İran, Oman və Küveytdə yeni layihələrə yatırım etməyə hazırlaşır
16:52 5 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Rusiyanın "Lukoyl" şirkəti BƏƏ, İran, Oman və Küveytdə yeni layihələrə sərmayə yatırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə şirkətin Yaxın Şərqdəki nümayəndəliyinin rəhbəri Qati əl-Ceburi BƏƏ-də dərc olunan "Gulf News" qəzetinə müsahibəsində bildirib.
Hazırda şirkət İraqda iki layihədə iştirak edir. O, həmçinin Misirdə layihələr həyata keçirir ki, buradakı neft hasilatında "Lukoyl"un payı sutkada təqribən 6 min barel təşkil edir.
"Bizim istəyimiz Yaxın Şərqdə biznesi əhəmiyyətli dərəcədə artırmaqdır", — deyə Əl-Ceburi bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/lukoyl-bee-i-ran-oman-ve-kuveytde-yeni-layihelere-yatirim-etmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR