Abbas: ""İçəridə" serialında oynayaram" - FOTO

Abbas: ""İçəridə" serialında oynayaram" - FOTO
17:05 5 Mart 2017
194 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Abbas Bağırov konsert verməyə hazırlaşır.

Milli.Az bildirir ki, musavat.com saytına açıqlama verən ifaçı bildirib ki, yay aylarında tamaşaçı qarşısına solo konsert proqramı ilə çıxış edəcək: "Hazırda konsertə ciddi şəkildə hazırlaşıram. Konsertin vaxtı bəlli deyil, martın sonu, aprelin əvvəli məlum olacaq. Payıza qədər möhtəşəm proqram ilə tamaşaçı qarşısına çıxmaq istəyirəm. Yeni repertuar hazırlanır, yenə səhnədə tək oxuyacağam. Konsertin aparıcısı olmayacaq. Bir neçə sənət dostumu dəvətnamə ilə dəvət edəcəyəm, qalan gəlmək istəyənlər bilet alıb gəlsin".

Sənətçi aktyorluq arzusundan da söhbət açıb: "Artıq Azərbaycanda da yerli filmlər çəkilməyə başlayıb. Vaxt tapdıqca izləyirəm. "Qardaşlar" serialının bir bölümünü də qaçırtmıram, hamısına baxıram. Son izlədiyim "Ağanatiq", "Oğlan evi-2" filmlərini çox bəyəndim. Türk seriallarından "İçəridə"ni bəyənirəm. Baş rol ifaçıları möhtəşəmdir. Mən də özümü aktyor kimi sınamaq istəyirəm. Dəvət etsələr, "İçəridə" serialında oynayaram".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/523456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR