Ruslan Abışov millidən kənarlaşrıldı

Ruslan Abışov millidən kənarlaşrıldı
18:07 5 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Ruslan Abışov milli komandanın heyətindən çıxarılıb. Fanat.Az xəbər verir ki, buna səbəb “Neftçi”nin oyunçusunun uzun müddət davam edən zədədən sonra tam hazır olmamasıdır.

 

Martın 6-dan 9-dək Qətərdə təlim-məşq toplanışında olacaq yığmamızın heyətinə dəvət alan yarımmüdafiəçi həkimlərin məsləhəti ilə səfərə gedəcək oyunçuların arasından çıxarılıb.

 

Ruslan bu müddətdə paytaxtda qalaraq hazırlıqlarını davam etdirəcək.

 

Onun adı Azərbaycan Premyer Liqasının bu gün baş tutacaq “Neftçi” – “Zirə” matçında da 18 nəfərlik iştirak ərizəsinə salınmayıb.

 

Qeyd edək ki, Premyer Liqanın XIX turunun “Kəpəz” – “Neftçi” oyununda zədələnən “15 nömrə” o vaxtdan meydana çıxa bilmir. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ruslan-abov-millidn-knarlarld-t56712.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR