Premyer Liqa: "Kəpəz" son dəqiqələrdə qələbəni əldən verib

Premyer Liqa: "Kəpəz" son dəqiqələrdə qələbəni əldən verib
18:17 5 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Gəncə şəhər stadionunda "Kəpəz" və AZAL komandaları üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. 38-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Şəhriyar Əliyev hesabı açıb. 90-cı dəqiqədə isə qonaq komandanın yeni transferi Vaqif Cavadov bərabərlik qolunu vurub.
Bu nəticədən sonra "Kəpəz" 18 xalla 7-ci, AZAL 9 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, tura saat 18:00-da başlanacaq "Neftçi" – "Zirə" matçı ilə yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqa-kepez-son-deqiqelerde-qelebeni-elden-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR