Milyarderlərin yeni siyahısı AÇIQLANDI

Milyarderlərin yeni siyahısı AÇIQLANDI
18:22 5 Mart 2017
197 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Blumberq" agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində "Microsoft" qurucusu Bill Qeyts (85,6 milyard dollar), ikinci yerdə amerikalı sərmayədar Uorren Baffet (78,9 milyard dollar), üçüncü yerdə "Amazon" rəhbəri Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb.

İlk onluqda "Inditex " şirkətinin sabiq prezidenti Amansio Orteqa (69,3 milyard dollar), "Facebook" sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq (59,1 milyard dollar), meksikalı biznesmen Karlos Slim (53 milyard dollar), Çarlz Devid Kox qardaşları (48,1 milyard dollar), "Koch Industries" korporasiyasının səhmlərinin əsas hissəsinin sahibi,  "Oracle" korporasiyasının rəhbəri Larri Ellison (45,3 milyard dollar) və IKEA qurucusu İnqvar Kamprad (42,9 milyard dollar) daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/523463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR