Azərbaycan çempionatının oyununda qalmaqallı hərəkət - VİDEO

Azərbaycan çempionatının oyununda qalmaqallı hərəkət - VİDEO
18:48 5 Mart 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz" və AZAL komandaları arasında keçirilmiş futbol üzrə Azərbaycan Premyer Liqasının XXI tur matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, qonaq komandanın futbolçusu Omeqa Roberts 63-cü dəqiqədə top uğrunda mübarizədən sonra yerə yıxılan meydan sahiblərinin yarımmüdafiəçisi Julyen Ebahı təpiklə vurub.

Lakin həmin epizod baş hakim Orxan Məmmədovun gözündən yayınıb. Hərçənd, Məmmədov olayın bir neçə metrliyində olub. Məsələyə AFFA İntizam Komitəsində baxılsa, Roberts ciddi cəzalana bilər.

Qeyd edək ki, oyun heç-heçə nəticələnib - 1:1.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR