Həsən Ruhani: "Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb"

Həsən Ruhani: "Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb"
19:02 5 Mart 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 mart. REPORT.AZ/ "Son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib. Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib".
"Report" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
İranın dövlət başçısı qeyd edib ki, son 10 ay ərzində ticarətin həcmi iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olmaqla, hər iki dövlətin bu əlaqələrin vüsət tapması üçün səylərini nümayiş etdirir: "Azərbaycan ilə İran tranzit məsələlərində, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizində mühüm rol oynayır və Astara-Astara dəmir yollarının birləşdirilməsi bu mühüm layihənin gerçəkləşməsində birinci vacib addımdır.
Bugünkü danışıqların mövzularından biri də üçtərəfli əməkdaşlıq formatı olub. Üçtərəfli əməkdaşlıq formatı - Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan gündəlikdədir. Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir. Bugünkü görüşümüzdə isə Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatı ilə bağlı müzakirələr apardıq və belə qərara gəldik ki, bu məsələni diqqət mərkəzində saxlayaq".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/hesen-ruhani-azerbaycan-i-ran-rusiya-ucterefli-formati-cercivesinde-onemli-addimlar-atilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR