Subaru-dan təkmilləşdirilmiş Legacy - FOTO

Subaru-dan təkmilləşdirilmiş Legacy - FOTO
19:05 5 Mart 2017
Ölkə mətbuatı
A- A+

Subaru şirkəti təkmilləşdirilmiş sedan Legacy-nin sirrini açıb. Şirkətin mətbuat xidmətinin məlumatına görə, yenilik fevralın 9-da Çikaqo avtosalonunda debüt edəcək. Avtomobilin qiyməti hələlik məlum deyil.

Milli.Az auto.az-a istinadən bildirir ki, şirkətin nümayəndələrinin sözlərinə görə, restaylinq olunmuş Subaru Legacy ortaölçülü sedanlar seqmentində ən geniş avtomobildir. Model pilləsiz Lineartronic sürət qutusu və 2,5-litrlik, 175 a.g. olan atmosferli benzin mühərriklə təchiz edilir. Müştərilərə, həmçinin 3,6-litrlik, 256 a.g. olan mühərrik də təklif ediləcək.

Avtomobil simmetrik tam ötürücü və dartma vektorunu idarə edən Active Torque Vectoring (ATV) sistemləri ilə təchiz olunub. Bundan əlavə, Subaru mühəndisləri yaxşı idarəetmə üçün Legacy-nin şassisini də təkmilləşdiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR