Niyə dua edərkən əllərimizi yuxarı qaldırırıq?

Niyə dua edərkən əllərimizi yuxarı qaldırırıq?
19:12 5 Mart 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah-təala cisim deyil, buna görə də məkanı yoxdur. Əgər Allahın məkanı olsaydı, bu, Ondan ötrü məhdudiyyət olardı. Bu isə Allahın ehtiyacsızlıq sifəti ilə (saməd və qəni) ziddiyyət təşkil edərdi. Allah nə yerdə, nə də göydədir.

Milli.Az islam.az-a istinadən bildirir ki, o, hər yeri və hər şeyi əhatə edir, amma Özü heç bir yerə sığışmaz. Dua vaxtı əllərimizi səmaya doğru açmağımız isə Allaha hörmət mənasındadır. Çünki insan instinktiv olaraq özündən yuxarını daha üstün bilir. İnsan həmişə yüksəyə qalxmağı azadlıq, sərbəstlik, ucalıq əlaməti kimi yozur. Aşağı - əskiklik, yuxarı - üstünlük kimi qəbul edilir. Allahı özümüzdən üstün bildiyimiz üçün Ona dua edəndə əllərini səmaya doğru qaldırırıq. Həm də Allahın mələklərinin səmada olması barədə rəvaətlər var. Bəzi rəvayətlərdə bu da var ki, insanların duasını mələklər Allahın dərgahına çatdırırlar. Ola bilsin ki, məhz bu səbəbdən müqəddəslərimiz dua zamanı əllərini səmaya, yəni mələklərə doğru açırdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR