Dırnaq batması necə müalicə edilir?

Dırnaq batması necə müalicə edilir?
19:27 5 Mart 2017
371 Ölkə
Ölkə mətbuatı
A- A+

Dırnaq batması ümumiyyətlə ayaq baş barmağında dırnağın ətə batmasıyla reallaşan, sıxlıqla ağrıya və infeksiyaya səbəb olan, xüsusilə gənclərdə sıx görülən bir problemdir. İnfeksiya vəziyyətində həkimlər iltihabı qurutmaq üçün müxtəlif antibiotiklər verirlər. Ancaq bu üsul problemi bir müddət aradan qaldırıb infeksiyanı təmizləsə də, dırnaq təkrar batdığında infeksiya geri qayıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, lokal anesteziya ilə dırnağın alınması da faydalı ola bilər, ancaq bir il ərzində toxuma təkrar yeniləcəyinə görə problem bir müddət sonra təkrar baş verəcək. Böyümə qığırdağında dırnaq yatağını yox edərək, dırnağın yenidən meydana gəlməsinə maneə törədə bilər. Barmağınızın forması bu üsulla tamamilə dəyişsə də, başqa bir mənfi tərəfi yoxdur.
Bunu etmənin bir yolu da lokal anesteziya ilə reallaşdırılan bir proseduradır. Bu prosedurada dırnaq yatağı əməliyyatla kəsilir. Son illərdə eyni şəkildə müvəffəqiyyətli olan başqa bir metod daha istifadə edilir. Problemli bölgəyə fenol adı verilən kimyəvi maddə tətbiq olunur. Dırnağın meydana gəlməsini təmin edən toxuma fenolla birləşir və beləliklə dırnaq bərpa olunur.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR