Tərli halda namaz qılmaq olarmı?

Tərli halda namaz qılmaq olarmı?
19:47 5 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərli halda namaz qılmağın maneçiliyi yoxdur. Amma bəzi nüanslara diqqət yetirmək lazımdır. Əvvəla, əgər adam dəstəmazı da tərli halda alırsa, suyun dəriyə tam çatmasına nail olmalıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, yəni bədəndəki tər dəstəmaz suyunun dərini islatmasına mane olmamalıdır. İkincisi, başa məsh çəkilən zaman dəridəki tər adamın əlinə dəyməməlidir. Çünki məsh çəkərkən əlləri islatmaq və ya kənardan nəmlik götürmək olmaz. Əgər başın dərisi həddən artıq tərləyib islanıbsa, məsh edəndə tər ələ dəyəcək. Bundan sonra ayaqlara məsh çəkəndə, əllər kənardan islanmış sayılacaq. Üçüncüsü, səcdə zamanı tər alınla möhür və ya torpaq arasında maneə yaratmamalıdır. Ona görə də alnın tərini qurutmaq və sonra səcdəyə getmək məsləhətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR