Bərdədə ev, Qubada isə minik avtomobili yandı

Bərdədə ev, Qubada isə minik avtomobili yandı
19:48 5 Mart 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə birmərtəbəli evdə yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonun Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 kvadratmetr olan üçotaqlı evin bir otağının tavanı yanıb. Alovun evin qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb.

Quba rayonunun Susay kəndində isə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/190256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR