Allaha "qurban olum" deyərək dua etmək olarmı?

Allaha "qurban olum" deyərək dua etmək olarmı?
19:52 5 Mart 2017
249 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu şəkildə dua etməyin qadağan və ya icazəli olunması barəsində şəriətdə heç bir məlumat bildirilmir. Sadəcə sözün mənası baxımından demək icazəli deyil. Çünki islama görə "qurban" yalnız şəriətlə müəyyən olunmuş heyvanlardan Allah üçün kəsilir. Milli.Az zikr.az-a istinadən bildirir ki, amma etiqad baxımından deyilməsi mübahdır, yəni insanın ixtiyarına buraxılır. Yəni bu şəkildə yalvarsa, savabı və ya günahı yoxdur. Ümumiyyətlə yaxşı olar ki, Allaha dua edilərkən, Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) göstərdiyi qaydalar çərçivəsində dua edilsin, çünki bu duanın qəbul olunması baxımından da yaxşıdır. Bu şəkildə edilən dualara "duanın ədəbləri" deyilir. Uca Allah buyurur: "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad edib ona dua et və qafillərdən olma!" (əl Əraf, 205).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR