"Neftçi" yenə uduzdu

"Neftçi" yenə uduzdu
20:33 5 Mart 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son oyununda "Neftçi" və "Zirə" komandaları üz-üzə gəlib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hərçənd, hesabı "Neftçi" açıb. 60-cı dəqiqədə Daniel Seqovia penaltini dəqiq yerinə yetirib. Lakin cəmi 2 dəqiqə sonra Georgi Navalovski "Zirə"nin futbolçusu Təmkin Xəlilzadənin uzun reydindən sonra ötürməsini öz qapısına göndərib. Oyunda son nöqtəni isə 79-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Milan Duriç qoyub.

Bu qələbədən sonra xallarını 29-a çatdıran "Zirə" 4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 20 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində "Qarabağ" səfərdə "Sumqayıt"a 4:0, "Qəbələ" "İnter"ə 2:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - AZAL matçı isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda turnir cədvəlinə 46 xala malik "Qəbələ" başçılıq edir. "Qarabağ" 45 xalla 2-ci, "İnter" 36 xalla 3-cü pillədə qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR