Ananın matəmində

Ananın matəmində
20:42 5 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dəlayilil-imamiyyə" kitabında Zəkəriyya nəql edir: "Mən Həzrət Rzanın (ə) xidmətində idim və Həzrət Cavadı (ə) onun yanına gətirdilər. Onun ən azı 4 yaşı var idi. Daxil olan zaman əlini yerə qoydu və başını göyə qaldırdı və bir müddət fikrə getdi.

İmam Rza (ə) oğluna buyurdu: Qurbanın olum, nə fikirləşirsən?
Dedi: Anam Fatimənin (s.ə) başına gələn müsibəti. ...
Və sonra Həzrət Zəhranı (s.ə) incidənlərə qarşı hiddətini bildirdi.
İmam (ə) oğlunu yanına çağırdı və onun iki gözünün ortasından öpüb, buyurdu: "Atan və anan sənə qurban, sən İmamlığa layiqsən".
Nəql edilir ki, nə zaman İmam Baqirin (ə) hərarəti olsaydı, bədəninə soyuq su tökər və yüksək səslə deyərdi: "Fatimə binti Muhəmməd!". (Həvzəh)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əllamə Məclisi bu sözün şərhində buyurmuşdur: "Ola bilsin ki, İmamın (ə) bu nidası ona görə idi ki, Həzrət, Xanım Fatimənin (s.ə) müqəddəs adından hərarətini aradan aparmaq üçün şəfa istəyirmiş".
Məhrum Muhəddis Qumi isə bu haqda deyir: "Mənim ehtimalım belədir ki, nə zaman hərarət onun lətif cisminə təsir qoyurdu, məzlum anasının müsibətinin qəmi də ona təsir qoyurdu. Necə ki, hərarəti soyuq suyu bədəninə tökərək aradan aparmaq istəyirdi, anasını yada salaraq, bu qəmi də azalırdı. Çünki Fatimə (s.ə) ananın qəmi övladların ürəyində qılınc yarasından daha ağrılı idi və atəşin yandırmasından daha şiddətli idi. Ona görə də bu qəmi təqiyyə ilə gizlədirdilər. Onu aşkar etməyə halları yox idi. Nə zaman Xanımın (s.ə) adını onların yanında çəksəydilər, qəlbləri qəmlə dolurdu. Hər bir ayıq insan bunun təsirini onların üzündə aşkar şəkildə görə bilirdi".
İmam Sadiqin (ə) səhabələrindən birinin qızı dünyaya gəlir və Həzrət (ə) soruşur ki, onun adını nə qoymusan? Həmin şəxs deyir: "Fatimə". Bu zaman İmam (ə) əlini alnına qoyub, qəmgin halda əyləşir...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/522692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR